Accessibility links

Yəmən prezidenti Əli Abdulla Saleh yaxın günlərdə hakimiyyətdən gedəcəyini deyir

  • Amerikanın səsi

Yəmən prezidenti Əli Abdulla Saleh yaxın günlərdə hakimiyyətdən gedəcəyini deyir

Yəmən prezidenti Əli Abdulla Saleh yaxın günlərdə hakimiyyətdən gedəcəyini deyir

Yəmən prezidenti Əli Abdulla Saleh hakimiyyətdən getməyə hazır olduğunu və yaxın günlərdə bunu edəcəyini bildirib.

Ölkə başçısı bunu dövlətə məxsus televiziya vasitəsilə çıxışı zamanı elan edib.

Yəməni 33 ildir idarə edən cənab Saleh hakimiyyətdə qalmaq istəmədiyini və yaxın vaxtlarda hakimiyyətdən imtina edəcəyini deyib. Lakin o, çıxışı zamanı nə müəyyən müddət, nə də hakimiyyətin kimə həvalə ediləcəyi haqda bir söz deməyib. O bildirib ki, hakimiyyətə ya mülki şəxslər, ya da hərbi qüvvələrin nümayəndələri gələcək. Bununla yanaşı o açıq bildirib ki, doqquz aydır onun hakimiyyətdən getməsini tələb edən müxalifət nümayəndələri ilə heç bir anlaşmaya getməyəcək.

Müxalifət fəalları cənab Saleh hakimiyyətdən getməyənə qədər Yəməndə islahatların mümkün olmadığını deyir.

Prezident Saleh iyun ayında hücuma məruz qaldıqdan sonra müalicə olunmaq üçün təxminən 4 ay Səudiyyə Ərəbistanında qalmış, lakin hakimiyyətdən getməkdən imtina etmişdir.

XS
SM
MD
LG