Accessibility links

Yəmən hökumət qüvvələrinin Sənada atəş açması nəticəsində 4 nəfər həlak olub


Yəmən hökumət qüvvələrinin Sənada atəş açması nəticəsində 4 nəfər həlak olub
Yəmən hökumət qüvvələrinin Sənada atəş açması nəticəsində 4 nəfər həlak olub

Yəməndə qəbilələr və təhlükəsizlik qüvvələrinə məxsus mənbələrə əsasən, hökumət qüvvələrinin paytaxt Sənada yaşayış ərazisini atəşə tutması nəticəsində dörd mülki vətəndaş həlak olub. Onların üçünün uşaq olduğu bildirilir. Prezident Əli Abdulla Salehə sadiq qüvvələrin şəhərin Ərhab rayonunda atəş açması nəticəsində 12 nəfərin yaralandığı xəbər verilir. Ərhab prezident Salehin 33 illik hakimiyyətinə qarşı 10 aydır davam edən üsyana dəstək verən Yəmən qəbilələrinin istinadgahıdır.

Tibb işçiləri və şahidlər ölkənin cənubunda Taiz şəhərində snayper atəşi nəticəsində bir mülki vətəndaşın öldüyü haqda məlumat verib.

Təhlükəsizlik qüvvələrinin rəsmiləri isə Ədən şəhərində hava limanı yaxınlığında polisin patrul maşınında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir polis zabitinin öldüyünü, üç nəfərin yaralandığını bildirir.

XS
SM
MD
LG