Accessibility links

Yəmənlilər prezident Salehin ölkəni tərk etməsini bayram kimi qarşılayıb


Yəmənlilər prezident Salehin ölkəni tərk etməsini bayram kimi qarşılayıb
Yəmənlilər prezident Salehin ölkəni tərk etməsini bayram kimi qarşılayıb

Yəmən paytaxtı Sənada prezident Əli Abdulla Salehin ölkəni tərk etdiyi haqda xəbərlər bayram kimi qarşılanıb. Cənab Saleh cümə günü prezident iqamətgahına raket hücumu nəticəsində yaralanmışdır. O və digər yüksək səviyyəli rəsmilər tibbi müalicə almaq üçün Səudiyyə Ərəbistanına səfər edib. Prezident Salehin vəziyyəti ilə bağlı rəsmi məlumat verilməsə də, xəbərlərdə onun aldığı yaralardan sonra tibbi əməliyyat keçirdiyi bildirilir. Paytaxt Sənada isə insanlar qələbə sevincini yaşayır. Yəmən konstitusiyasına əsasən, vitse-prezident Əbd Rabbo Mənsur Hadi prezidentin səlahniyyətlərini icra edir. O, ABŞ-ın ölkədəki sərifi Gerald Maykl Fiyrsteynlə görüşüb. Prezident Salehin ölkəni tərk etməsi zorakılıqlara son qoymayıb. Yəmənin ikinci böyük şəhəri olan Taizin rəsmiləri silahlı şəxslərin prezident sarayı yaxınlığında 4 əsgəri öldürdüyünü bildirir. Onlar hücumçulardan birinin də hücüm zamanı öldüyünü deyiblər.

XS
SM
MD
LG