Accessibility links

Yəməndə orduya hücumlar davam edir


Yəmənin şərq bölgəsindəki yoxlanış məntəqəsinə edilən hücum zamanı 20 əsgərin öldürüldüyü bildirilir. Ölkənin dövlət Səba xəbər agentliyinin bildirdiyinə görə, hücum bu gün Hadramut vilayətinə həyata keçirilib. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Lakin Əl-Qaidənin AQAP yaraqlıları Ərəbistan Yarımadasında hökumət rəsmilərinə və təhlükəsizlik qüvvələrinə müntəzəm olaraq hücumlar həyata keçirir. Keçən ay qruplaşma üzvləri olmaqda şübhəli bilinənlər ölkənin paytaxtında avtobusu partlatmış, nəticədə azı 2 əsgər ölmüşdü. Dekabr ayında isə AQAP yaraqlılarının Yəmənin Müdafiə Nazirliyinin yaxınlığındakı xəstəxanaya hücumu zamanı 52 nəfər qətlə yetirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG