Accessibility links

Yəməndə Huti şiələr hücuma məruz qalıb


İntiharçının Yəmənin mərkəzi bölgəsində şiə Huti qəbilələrinin toplaşdığı yerdə həyata keçirdiyi bomba hücumu azı 33 nəfərin ölümünə səbəb olub.

Partlayışın bu gün İbb şəhərinin mədəniyyət mərkəzində Məhəmməd peyğəmbərin ad günü qeyd edilən vaxt baş verdiyi deyilir. Yaralananlar arasında vilayət qubernatorunun da olduğu bildirilir.

Şəhər sakinləri və təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, həmin bölgədə daha bir bomba hücumu həyata keçirilib.

Hücuma görə məsulıiyyətini öz üzərinə götürən olmayıb.

Huti şiələrin sentyabr ayında Yəmən paytaxtı Səna da daxil olmaqla ölkənin bir sıra ərazilərini ələ keçirdikdən sonra onlar və Ərəbistan Yarımadasında Əl-Qaidə və müttəfiq sünni qəbilələr arasında qarşıdurmalar baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG