Accessibility links

BMT-nin Təhlükəsizlik Şurası Yəmənlə bağlı təcili iclas keçirir


BMT-nin Təhlükəsizlik Şurası Yəməndə humanitar vəziyyətin müzakirəsi məqsədi ilə təcili iclas çağırıb.

Rusiya humanitar məqsədlə döyüşlərə ara verilməsinə dair qətnamə layihəsi hazırlanmasına çağırıb.

Rusiyanın BMT-dəki səfiri görüşdən əvvəl müxbirlərə bildirib ki, bu yolla diplomatlar və mülki əhali ölkədən evakuasiya edilə bilər.

Yəməndə isə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə huti şiə yaraqlılarına qarşı hava zərbələri davam etdirilir.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Yəmənə 3 tibbi ləvazımat və dərman yardımı göndərildiyini bildirib.

Qırmızı Xaç münaqişə səbəbi ilə Yəmənin cənub Ədən şəhərində bütün həyatı xidmətlətin kəsildiyini deyib. Şəhər sakinləri iki gündür susuz və elektriksiz qalıb.

Yardım təşkilatları son iki həftə ərzində bu ölkədə 500-dən artıq adamın həlak olduğunu bildirib.

Şəhərdəki prezident sarayı üsyançılar tərəfindən zəbt edilib.

Ölkə prezidenti Əbd-Rəbbi Mənsur Hadi huti döyüşçülərinin hücumlara keçdikləri vaxt Ədən şəhərindəki iqamətgahını tərk etməyə məcbur olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG