Accessibility links


Yəmənin təhlükəsizlik qüvvələri paytaxt Sənaada bomba partlayışı nəticəsində iki əsgərin öldüyünü bildib.

Rəsmiləri hücum zamanı avtomobilin hədəf alındığını bildirib. Partlayış nəticəsində ordunun iki əsgəri yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Yəmən hökuməti islamçı yaraqlılara qarşı mübarizə aparırvə Əl-Qaidənin yerli qrupunun təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı silsilə hücumların qarşısını almağa çalışır .

Yəməndə fəaliyyət göstərən Əl-Qaidə ilə əlaqəsi olan Ərəbistan Yarımadasında Əl-Qaidə qrupunu terror şəbəkəsinin ən təhlükəli cinahlarından biri kimi qiymətləndirir.
XS
SM
MD
LG