Accessibility links

Riyadda Yəmənə yardım üçün donorların konfransı keçirilir


Beynəlxalq donorlar Yəmənə əlavə 2.4 milyard dollarlıq yardım vəd edərək, bu məbləği 6.4 milyarda çatdırıb.

Riyadda keçirilən konfransda Yəmənin planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əl-Səidi nümayəndə heyətlərinə ölkəsinin bundan əlavə 5.4 milyard dollarlıq yardıma ehtiyacı olduöunu bildirib. O deyib ki, bu yardım keçid dövründə iqtisadi və təhlükəsizlik sahəsinə sərf ediləcək.

May ayında Səudiyyə Ərəbistanında keçirilən “Yəmənin dostları” adlı görüşdə beynəlxalq donorlar islamçı yaraqlılarla mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədi ilə Yəmənə 4 milyard dollarlıq vəsait ayırmışdı.

ABŞ Yəmənə 345 milyon dollarlıq yardım göstərib.
XS
SM
MD
LG