Accessibility links

Yəməndə xəstəxana hava hücumuna məruz qalıb


Yəmənin şimalında yerləşən Həcca vilayətində bir xəstəxana Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumlarına məruz qalıb. Nəticədə 12 nəfər ölüb, 20 nəfər yaralanıb.

Xəstəxana könüllü tibbi yardım təşkilatı olan “Sərhədsiz Həkimlər” (MSF) tərəfindən idarə olunur. Xəstəxananın direktoru İbrahim Aram deyib ki, üç xarici həkim daxil olmaqla 15 nəfər ölüb. Aram 3 xəstənana işçisinin yaralandığını, digər üç işçinin isə ayaqlarının amputasiya edildiyini əlavə edib.

Koalisiyanın hücumu Səudiyyə Ərəbistanının ölkənin sərhəddində əksəriyyəti məktəb şagirdləri daxil olmaqla 19 nəfərin ölümünə səbəb olmuş buna bənzər hava hücumundan iki gün sonra həyata keçirilib.

Bazar ertəsi yaydığı bəyanatda Sərhədsiz Həkimlər "xəstələrlə dolu tam funksional xəstəxanaya edilən hücumun faciəvi nəticələrini" pisləyib.

Bəyanatda Həcca bombardmanının son 12 ay ərzində Sərhədsiz Həkimlər təşkilatının obyektinə edilən dördüncü hücum olduğu bildirilir.

Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezidenti Əbu Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi kolasiyanın sözçüsü deyib ki, hücumun hədəfi Hadi hökümətinə qarşı döyüşən İranın dəstəklədiyi şiə Huti üsyançılarının idarə etdity təlim obyektini olub.

İnsan haqları qrupları münaqişədə hər iki tərəfi vətəndaşları qoruya bilməməkdə günahlandırıb. BMT-nin başçılığı ilə sülh səyləri döyüşlərin sona çatdırılmasına nail olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG