Accessibility links

Yəmənin Ədən şəhərində huti üsyançıları hava hücumlarına baxmayaraq, qurudan irəliləməkdə davam edir.

Fransanın xəbər agentliyinin bildirdiyinə görə, üsyançılar vilayət hökumətinin baş qərargahı və qubernator ofisini ələ keçirib.

Rusiya və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti xaricilərin evakuasiyası və mülki əhaliyə humanitar yardım çatdırılması üçün Səudiyyə Ərəbistanının başçılığı ilə hava hücumlarına ara verilməsinə çağırıb.

Rusiyanın təklifi dünən BMT-nin Təhlükəsizlik Şurasının çağırdığı təcili yığıncaqda səslənib.

İordaniyanın BMT-dəki səfiri Dina Kavar Rusiyanın təklif etdiyi qətnamənin bazar ertəsinədək təsdiqinə çağırıb.

Britaniyanın BMT-dəki səfirinin müavini Peter Uilson Yəməndə müki əhalinin tələfatına görə təəssüfünü bildirərək, Britaniyanın ərəb koalisiyasını dəstəkləyəcəyini deyib.

BMT-nin bildirdiyinə görə, son iki həftə ərzində 519 adam öldürülüb, 1700-dən çox adam yaralanıb.

ABŞ Dövlət Departamenti amerikalalara Yəmənə səyahət etməmələri barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG