Accessibility links

Yəmən parlamenti prezidentin istefasını rədd edib


Yəmən parlamenti prezident Əbd Rabbun Mənsur Hadinin istefasını rədd edib. Parlament prezidentin istefasının siyasi nəticələrini müzakirə etmək üçün bu gün növbədənkənar iclas çağırıb.

Huti üsyançıları və Yəmən hökümətinin qarşıdurmaya son qoyulmasına dair bazar ertəsi razılıq əldə etməsinə baxmayaraq, prezident və onun kabineti dünən istefa verib.

Yəmən hökumətinin Vaşinqtondakı sözçüsü Məhəmməd Albaşanın dediyinə görə, prezidentin istefası barədə xəbər dünən sosial media vasitəsilə yayılıb.

Reuters xəbər agentliyi baş nazir Xalid Bahahın Facebook-dakı açıqlamasına istinadən bildirib ki, onun hökuməti qeyri-konstrukfiv siyasi çəkişmələrdə iştirak etmək istəmir.

BMT-nin nümayəndəsi Camal Benomar Sənadan bildirib ki, ölkədə siyasi böhrana yalnız zorakılıqların dayandırılması və üsyançı qrupun hakimiyyətdə yer almasına dair razılığa əməl olunmasından sonra son qoyula bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG