Accessibility links

Yəmən prezidenti üsyançılarla razılıq əldə edildiyini bildirib. O, Hutilərin əleyhinə çıxdığı konstitusiyada düzəliş təklifini geri götürdüyünü deyib.

Üsyançılar da bunun müqabilində tutduqları mövqelərdən geri çəkilməyə və girov götürdükləri yüksək səlahiyyətli rəsmini azad etməyə razılıq verib.

Şiə Huti üsyançıları Yəməndə prezident Abd Rabbu Mənsur Hadinin evinin girişində gözətçiləri dəyişərək, paytaxtın nəzarətini ələ almağa çalışıb.

Üsyançılar Sənaada Yəmən təhlükəsizlik qüvvələri ilə toqquşduqdan sonra mövqeləri ələ keçirib.

Üsyançıların lideri Abdel Malik Əl Huti televiziya çıxışında deyib ki, onun fraksiyası Yəməndə korrupsiya və totalitarizmə son qoymaq istəyir. O, hökumətin istefasına çağırışları dayandırıb, amma xəbərdarlıq edib ki, hökumətə qarşı təyziqlərin davam etməsi mümkündür.

Digər hadisədə cənubi Aden şəhərində rəsmilər Hadi hakimiyyəti və ölkənin suverenliyinə hücuma mane olmaq üçün hava limanını bağlayıb.

XS
SM
MD
LG