Accessibility links

Yəməndə Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrində döyüşən Qətər hərbi qüvvələrinin əsgəri öldürülüb.

Qətərin dövlətə məxsus mətbuat agentliyi həlak olan əsgərin Məhəmməd Həmid Suleyman olduğunu bildirib.

Əsgərin necə öldüyü haqda hələlik məlumat verilməyib.

Yəmən İranın dəstəklədiyi Huti şiə üsyançıları və beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumət qüvvələri arasında münaqişə gedir.

BMT-nin yaydığı məlumata əsasən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin mart ayında başladığı əməliyyatlar nəticəsində 5600 Yəmənli həlak olub. Münaqişədə həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər koalisiya üzvlərinin onlarla əsgəri həlak olub.

XS
SM
MD
LG