Accessibility links

Yəməndə intiharçı bomba hücumu


Rəsmilər Yəmənin cənubunda yerləşən Əsən şəhərində baş verən intiharçı bomba hücumunun azı 45 nəfərinin ölümünə bais olduğunu bildirir.

Rəsmilər deyir ki, intiharçı hücumunu törədən şəxs bazar günü partlayıcı maddələrlə dolu maşınını hökümət qoşunlarının istifadə etdiyi binaya sürüb.

Yəməndə beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezident Əbdu Rəbu Mansur Hadi və onun səudiyyəli koalisiyası illərdir hökümət tərəfindən diskriminasiyaya məruz qaldıqlarını iddia edən İranın dəstəklədiyi Hutilərə qarşı müharibə aparır.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, münaqişə zamanı yarısı mülki vətəndaş olmaqla 6500 insan həlak olub.

Bundan əlavə Əl-Qaidə və İslam Dövləti cihadçıları tez-tez Yəmənin xaotik cənub və cənub-şərq bölgələrində hücumlar törədir.

XS
SM
MD
LG