Accessibility links

Əl-Qaidə İranın Yəməndəki səfirinin evinə bomba hücumu edib


Yəmən paytaxtı Sənada İran səfirliyiin evinə edilən bomba hücumu zamanı azı 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Avtomobilə yerləşdirilmiş bombanın partlaması zamanı səfirliyin divarı dağılıb və yaxınlıqdakı bir neçə binaya zərər dəyib.

Hücumun məsuliyyətini Ərəbistan yarımadasındakı Əl-Qaidə öz üzərinə götürüb. Əl-Qaidə bunu özünün Tvitter səhifəsində bildirib.

Rəsmilər İranın Yəməndəki səfiri Hüseyn Nikamın xəsarət almadığını bildirib. İranın dövlət İRNA xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə
Əfxama istinadən bildirib ki, səfirlik işçilərinin durumu yaxşıdır və nazirlik hadisə ilə bağlı təhqiqat aparır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG