Accessibility links

ABŞ, Britaniya və BMT-nin Yəmən üzrə sülh elçisi Yəməndə təcili atəşkəsə çağırıb.

ABŞ dövlət katibi deyib ki, indi qeyd-şərtsiz döyüşlərin dayandırılması və müzakirələr masası arxasına keçilməsi vaxtıdır. Con Kerri bunları Londonda Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələri ilə görüşündən sonra deyib.

Kerri bildirib ki, müzakirəçilər atəşkəsin ən gec bazar ertəsi və ya çərşənbə axşamı günü və təcili yol xəritəsi əldə edilməsini istəyir.

ABŞ dövlət katibi Yəmən prezidenti və onun beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınan hökuməti və bu hökuməti ölkədən çıxaran, habelə İranın dəstəklədiyi Huti üsyançıları ilə təmasda olduqlarını deyib.

XS
SM
MD
LG