Accessibility links

Yəmən polisinin bildirdiyinə görə, intiharçının ölkənin cənubundakı polis idarəsi yaxınlığında həyata keçirdiyi bomba hücumu azı 12 polis işçisinin ölümünə səbəb olub.

Bazar günü Hadramot vilayətinin Mükəlla şəhərindəki bomba hücumu zamanı polis işçiləri və mülki vətəndaşlar olmaqla bir neçə nəfərin yaralandığı bildirilir.

Bu arada üç silahlı şəxsin prezidentin gözətçi keçid məntəqəsinə etdiyi hücum zamanı öldürülməsindən sonra paytaxt Sənada təhlükəsizlik tədbirləri gücləndirilib.

Ordu Əl-Qaidə yaraqlılarına qarşı ölkənin cənub Abyan və Şəbva vilayətlərində əməliyyatlar keçirir.

Son illər Ərəbistan Yarımadasında məskunlaşan Əl-Qaidə yaraqlıları Yəməndə hərbi qüvvələrə, diplomatlara və turistlərə çox sayda hücumlar həyata keçirib.
XS
SM
MD
LG