Accessibility links

Yəmənin hakimiyyətdən devrilmiş prezidenti: Üsyançıların addımları qeyri-legitimdir


Yəmənin hakimiyyətdən devrilmiş prezidenti Abed Rabbo Mənsur Hadi paytaxt Sənanı tərk etdiksən sonra Əl-Cəzirə tele-kanalında açıqladığı bəyanatda şiə üsyançıların ölkə paytaxtı və hökumətini ələ keçirməsini rədd edib.

Cənab Hadi Huti üsyançılarının prezident sarayını ələ keçirməsindən sonra istefaasını elan etməsinə baxmayaraq, bəyanatla çıxış edərkən özünü prezident kimi təqdim edib.

O, Huti üsyançılarının atdığı addımların qeyri-legitim olduğunu deyərək, onları ev dustağı kimi saxlanan yüksək səviyyəli hökumət rəsmilərini azad etməyə çağırıb. Cənab Hadi şənbə günü ölkənin cənubunda dogma şəhəri olan Ədənə qaçana qədər Sənada ev dustağı kimi saxlanılırdı. Lakin onun özünün Sənadan qaçdığı və ya Huti üsyançılarının onun getməsinə icazə verib-vermədiyi aydın deyil.

BMT-nin Təhlükəsizlik Şurası bu həftə Huti üsyançılarının Sənada hökuməti bərpa etməsi və Birləşmiş Ştatların dəstəklədiyi cənab Hadini azad etməsini tələb edən qətnamə qəbul edib.

Cənab Hadi beynəlxalq ictimaiyyəti üsyançılar tərəfindən “dövlət çevrilişini rədd etməyə” və ölkənin siyasi qruplarını milli dialoq keçirməyə çağırıb.

Yəməndə sentyabr ayında üsyançıların paytaxt Sənanı ələ keçirməsindən sonra siyasi qarışıqlıq hökm sürür.

XS
SM
MD
LG