Accessibility links

Yəmənin gələcəyi sual altındadır [Təhlil]


Genevrədə Yəmən və üsyançılar arasında keçirilən sülh danışıqları təkcə atəşkəs razılığı deyil, humanitar razılaşmanın da əldə edilmədən nəticəsiz başa çatıb.

Tərəflərin masa arxasında bir yerdə oturmaqdan imtina etməsinə baxmayaraq, BMT-nin xüsusi elçisi İsmail Ould Şeyx Əhməd bildirib ki, bütün tərəflər arasında ən azı atəşkəs ətrafında müzakirələr aparmaq istəyi olub.

"Biz ən azından gələcək günlərdə daimi razılaşmanın əldə edilməsi üçün tərəflərin tövsiyələrini əldə etməyə nail olduq,"-deyə BMT nümayəndəsi bildirib.

"Əgər BMT tərəflər arasında döyüşləri dayandıra bilsə, daha sonra danışıqların müəyyən edilmiş çərçivədə yenidən başlamasına çalışa bilər."-ABŞ-ın Yəməndəki keçmiş səfii Stiven Seçe

Huti üsyançıları keçən ilin sentyabr ayında Yəmənin paytaxtı Səna şəhərini ələ keçirdikdən sonra ölkənin ikinci böyük şəhəri olan Ədənə üz tutub. Yəmənin prezidenti Əbdu Mənsur Hadi və onun hökuməti hazırda Səudiyyə Ərəbistanında sürgündədir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb ölkələrindən ibarət koalisiya Huti üsyançılarına qarşı hava hücumları həyata keçirir.

ABŞ-ın Yəməndəki sabiq səfiri Stiven Seçe deyir ki, BMT hələ də döyüşən tərəfləri siyasi razılığın əldə edilməsi istiqamətinə yönəltməyə kömək edə bilər.

"Əgər BMT tərəflər arasında döyüşləri dayandıra bilsə, daha sonra danışıqların müəyyən edilmiş çərçivədə yenidən başlamasına çalışa bilər."

Stiven Seçe deyir ki, Huti üsyançıları və onların müttəfiqlərini ölkənin paytaxtından çıxarmağa nail ola bilməyən Səudiyyə Ərəbistanı və Yəməndə sürgündə olan hökuməti yeni strategiya üzərində işləyə bilər.

Merilend ştatının Baltimor şəhərində yerləşən Touson universitetinin professoru Çarlz Şmitzin sözlərinə görə, tərəflər arasında böhran o qədər böyükdür ki, humanitar yardımın çatdırılmasına belə imkan verilməyib.

"Ölkədə yaranan ərzaq və yanacaq qıtlığı iulə əlaqədar humanitar böhrana görə hər iki tərəfə siyasi təziqlərin göstərilməsi əsas məsələyə çevrilib."

"Yeganə yol Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin kompromisə gedib Hutilərin Yəmənin gələcəyinin vacib hissəsi olduğunu qəbul etməsidir."-Touson univeristetinin təhlilçisi, professor Çarlz Şmitz

Təhlilçi buna görə Yəməndə yaxın günlərdə siyasi razılığın əldə olunacağını gözləmir. O, bunun uzun vaxt alacağını deyir: "Mən bunun gələcək iki ildə baş verəcəyinə inanmıram."

Çarlz Şmitzin sözlərinə görə, Səudiyyə Ərəbistanı Əbdu Rabu Mənsur Hadini hökumət başçısı kimi bərpa etmək və Hutiləri tərk-silah etmək istəyir. Hutilər isə mühaibədən sonrakı Yəməndə təhlükəsizliklərinə dair qarantiyala və ölkənin şimalında siyasi nüfuza malik olmağa çalışır.

Təhlilçi bildirir ki, yeganə yol Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin kompromisə gedib Hutilərin Yəmənin gələcəyinin vacib hissəsi olduğunu qəbul etməsidir.

Yaxın Şərq İnstitutunda siyasət və araşdırma məsələləri üzrə vitse-prezident Pol Salem bu fikirlə razılaşır. Lakin o deyir ki, Hutilər və onların müttəfiqləri ələ keçirdiyi mövqelərdən çəkilməli və siyasi razılıq çərçivəsində oynayacaqları rolu müzakirə etməlidir.

"Hutilər və onların müttəfiqləri ələ keçirdiyi mövqelərdən çəkilməli və siyasi razılıq çərçivəsində oynayacaqları rolu müzakirə etməlidir."-Yaxın Şərq İnstitutunun təhlilçisi Pol Salem

Pol Salem deyir ki, Hutilər üçün əsas kompromis prezident Hadinin keçid höküməti və ya yeni prezident seçkiləri keçiriləcəyi təqdirdə siyasi proseslərin bir hissəsi olduğunu qəbul etməkdən ibarət olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG