Accessibility links

Yəmən paytaxtı Səna şəhərində avtomobilə yerləşdirilmiş bombanın hərbi xəstəxana yaxınlığında partlaması nəticəsində azı 20 nəfər həlak olub.

İslam Dövləti qrupunun Yəməndə fəaliyyət göstərən qolu partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Qrup bu barədə Tvitter sosial şəbəkəsində açıqlama versə də iddia təsdiqlənməyib.

Yəməndə üç aydır davam edən müharibənin getdikcə daha gərginləşdiyinə işarə olaraq, hərbi qüvvələrin sözcüsü bildirib ki, Yəmən silahlə qüvvələri Səudiyyə Ərəbistanında bazaya Skad tipli raket atıb. Bunun Səudiyyə Ərəbistanının başçılığı ilə Huti üsyançılarına qarşı həyata keçirilən hava hücumlarına cavab olduğu bildirilir.

Huti üsyançıları keçən il paytaxt Sənanı ələ keçirdikdən sonra Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezidenti Əbdu Rabu Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçmalı olub.

İslam Dövləti qrupu Yəməndə öz mövcudluğunu artırmağa başlayıb. Huti üsyançıları Yəməndə hakimiyyət uğrunda mübarizə aparan müxtəlif yarı-hərbi qruplar və qəbilələrə qarşı çıxış edir.

XS
SM
MD
LG