Accessibility links

İŞİD Yəməndə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb


Rəsmilər raket hücumlarında İranın dəstəklədiyi Huti üsyançılarını günahlandırır

İslam Dövləti qrupu Yəməndə hökumət qərargahları və Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Ədəndə mövqelərinə ölümlə nəticələnmiş silsilə hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İnternetdə yerləşdirilmiş bəyanatda militant qrup mövqelərdə dörd intiharçı hücumu həyata keçirdiyini bildirib. Bu, İranın dəstəklədiyi Huti üsyançıları tərəfindən raket hücumlarının keçirdiyi bildirilən rəsmi bəyanatlarla ziddiyyət təşkil edir.

Birləşmiş Ərəb Əmirlikləri bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri də daxil olmaqla Yəmənin cənubuna atılan raket 15 hərbçinin ölümünə səbəb olub.

VAM xəbər agentliyinin rəsmiləri həlak olanlar barədə məlumat verərək Ədən şəhərində baş verən hadisəyə görə bir ildən çoxdur Yəmən hökuməti ilə mübarizə aparan Huti üsyançılarını qınayıb.

Yəmən rəsmiləri və sakinləri bildirib ki, hücumçular bir neçə raket atıblar. Raketlərdən biri iyul ayında Səudiyyə Ərəbistanında mühacirətdən qayıtmış Yəmən liderlərinin qaldığı mehmanxananın qapısına, başqa bir raket isə hökumət yönlü Körfəz hərbçilərinin məskunlaşdığı əraziyə düşüb.

Baş nazir Xalid Bahah və digər rəsmilər hadisə zamanı xəsarət almayıb.

PreZident Abdu Rabu Mənsur Hadinin hökuməti bir il əvvəl Huti üsyançılarının Sana şəhərini ələ keçirməsindən sonra Ədən şəhərinə, üsyançılar Ədəni də ələ keçirdikdən sonra isə Səudiyyə Ərəbistanına qaçmışdı.

Səudiyyə Ərəbistanı Hadi hökumətinə dəstək olaraq Huti üsyançılarına qarşı hava hücumları keçirərək, onların Ədəndən çəkilməsinə və rəsmilərin geri dönməsinə nail olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG