Accessibility links

BMT Yəməndə həyata keçirilən hava hücumlarının təcili dayandırılmasına çağırıb


BMT baş katibi Ban Ki Mun sünni ərəblərin başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə şiə üsyançılara qarşı həyata keçirdiyi hava hücumlarının təcili olaraq dayandırılmasına çağırıb.

Dünən Vaşinqtonda çıxışı zamanı cənab Ban deyib ki, Yəmən alovlar içərisindədir və hər iki tərəf düşmənçiliyə son qoymalı, danışıqlara başlamalıdır.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin İranın dəstəklədiyi hutilərə qarşı həyata keçirdiyi hava hücumları zamanı azı 700 nəfərin öldüyü deyilir.

BMT-nin Mərakeş əsilli, Yəmən üzrə xüsusi nümayəndəsi Camal Benomarın sülh danışıqları üçün hər iki tərəfi bir araya gətirmək səyləri baş tutmayıb və o, bu həftənin əvvəlində vəzifəsindən ayrılıb.

İran prezidenti Həsən Ruhani hava hücumlarının Yəmənin infrastrukturunu dağıtmaqdan əlavə dinc əhalinin tələfatına səbəb olduğunu deyib. Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri BMT-nin hava hücumlarının dinc əhalinin ölümünə səbəb olduğuna dair ittihamlarını rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG