Accessibility links

Bu gün Yəmənin qərbindəki süd zavodunda baş verən partlayış zamanı azı 35 nəfər ölüb. Lakin partlayışın Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumları nəticəsində və ya hökumətə qarşı döyüşən üsyançıların tərəfindən törədilib-törədilmədiyi haqda ziddiyyətli məlumatlar verilir .

Rəsmilər və şahidlərin dediyinə görə, zavod koalisiya qüvvələrinin bu gün səhər tezdən bombaladığı liman şəhəri Hodeydada yerləşir. Digərləri isə həmin bölgənin üsyançılar tərəfindən raket hücumuna məruz qaldığını bildirib.

BMT-nin çərşənbə axşamı verdiyi bəyanatında deyilir ki, beş gün ərzində həyata keçirilən hava hücumları 93 nəfərin ölümünə, 364 nəfərin yaralanmasına səbəb olub.

XS
SM
MD
LG