Accessibility links

Yəmənin Huti üsyançıları Səudiyyə Ərəbistanının sərhəd Cizan regionundakı hərbi postu ələ keçirildiyini bildirib.

Post artilleriya silahları, raketlər və kiçik silahlarla hücuma məruz qalıb.

Səudiyyə Ərəbistanının ordu sözçüsü Huti üsyançılarının iddiasını yalan adlandırıb. Lakin Hutilərin Əl-Məsirah telekanalında yayımlanan 15 dəqiqəlik videoda postun atəşə tutulduğu və Səudiyyə əsgərlərinin qaçaraq, arxalarında hərbi sursat və silahları qoyduğu nümayiş etdirilib.

Videoda əsgərlərin mövqelərini tərk etdiyi, yaralanan bir əsgərin zirehli maşına daşındığı göstərilib. Hücumçular postdakı maşını atəşə tutub.

Yəmənlilər Cizanın ötən əsr Səudiyyə Ərəbistanı tərəfindən qanunsuz şəkildə ilhaq etdiyini iddia edir. Hücumun regionda Səudiyyə torpaqlarının ələ keçirilməsi cəhdi olduğu bilinmir.

XS
SM
MD
LG