Accessibility links

Amerikanın Qırmızı dənizdəki hərbi gəmiləri hədəf alınıb


Pentaqon Amerikanın Qırmızı dənizdəki hərbi gəmilərinə qarşı uğursuz raket hücumlarının dəyərləndirildiyini bildirib. Eyni zamanda müdafiə nazirliyi hücumda şübhəli bilinən Hutilərə sərt xəbərdarlıq edib.

Hücumlar Yəməndə hakimiyyəti devirməyə çalışan Huti üsyançılarının nəzarət etdiyi ərazidən qaynaqlanıb.

Raketlər gəmilərə dəyməyərək, yaxınlıqdakı sulara düşüb. Hədəflər USS MasonUSS Ponce gəmiləri olub. Eskadrilya minanosu Mason elektronik əks-tədbirlər görərək birinci hücumun qarşısını alıb. Ponce gəmisini hədəf alan ikinci mərmi isə özü-özlüyündə uğursuz olub.

Rəsmilər bazar günü iki raketin bir saat ərzində atıldığını deyir.

Huti üsyançılarının tərəfdarları Sənada nümayiş keçirirlər. 1 avqust, 2016.

Huti üsyançılarının tərəfdarları Sənada nümayiş keçirirlər. 1 avqust, 2016.

Pentaqon sözçüsünün müxbirlərə bildirdiyinə görə, hücumlar Yəməndə hakimiyyəti devirməyə çalışan Huti üsyançılarının nəzarət etdiyi ərazidən qaynaqlanıb. İranın dəstəklədiyi Hutilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Prezident Əbdu Rabu Mənsur Hadini devirmək üçün mübarizə aparırlar.

ABŞ ordusu Hutilərin mövqelərini hədəf alan Səudiyyə Ərərbistanının başçılıq etdiyi koalisya qüvvələrini kəşfiyyat və logistika yardımı ilə təmin edir.

XS
SM
MD
LG