Accessibility links

Yəməndə atəşkəs elan olunub


 Pro-government fighters carry a comrade injured during fighting against Houthis in the southwestern city of Taiz, Yemen, Nov. 17, 2016.

Pro-government fighters carry a comrade injured during fighting against Houthis in the southwestern city of Taiz, Yemen, Nov. 17, 2016.

Bu gün Yəməndə 48 saatlıq müvəqqəti atəşkəs qüvvəyə minib.

Rəsmi Səudiyyə Xəbər Agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya atəçkəs elan edib.

Koalisiya açıqladığı bəyanatda bildirib ki, əgər Huti üsyançıları humanitar və tibbi yardımın mühasirədə olan şəhərlərə çatdırılmasına icazə versə, atəşkəsin müddəti uzadıla bilər.

Huti üsyançıları ilə müttəfiq olan qüvvələrin sözçüsü deyib ki, qarşı tərəf də buna hörmətlə yanaşsa, onlar da atəşkəs öhdəliyinə sadiq qalacaqlar.

Huti üsyançıları ilə müttəfiq olan qüvvələrin sözçüsü deyib ki, qarşı tərəf də buna hörmətlə yanaşsa, onlar da atəşkəs öhdəliyinə sadiq qalacaqlar.

Atəşkəs qüvvəyə minəndən bəri hələlik heç bir qarşıdurma qeydə alınmayıb.

Ərəbistan yarımadasının cənubunda olan Yəmən 2014-cü ilin sentyabrından bəri vətəndaş müharibəsinə səhnə olub. Müharibə Hutilərin paytaxt Sənanı ələ keçirərək prezident Əbdu Rabu Mənsur Hadini hakimiyyətdən devirəndən sonra başlayıb.

Koalisiya açıqladığı bəyanatda bildirib ki, atəşkəs Yəmən prezidentinin xahişi ilə baş tutub.

BMT bildirir ki, Səudiyyə başçılıq etdiyi koalisiya Yəməndə hərbi əməliyyatlara başlayandan bəri ölkədə 10 mindən çox insan həlak olub.

Show comments

XS
SM
MD
LG