Accessibility links

BMT rəsmiləri Yəməndə insan hüquqlarının pozulması hallarının beynəlxalq səviyyədə araşdırılmasına çağırır

  • Amerikanın səsi

BMT-nin insan hüquqları məsələləri üzrə rəsmiləri Yəməndə altı ay davam edən etirazlar zamanı zorakılıqlarda yüzlərlə insanın həlak olduğu və minlərlə insanın yaralandığını bildirirlər. Ali Komissarlığının bu gün açıqlanan bəyanatında deyilir ki, Yəməndə iyunun 28-dən iyulun 6-a qədər davam edən fakt-araşdırıcı missiya hökumətin azadlıqlar uğrunda etiraz edən dinc nümayişçilərə qarşı ifrat gücdən istifadə etdiyini aşkar edib. Sənəddə bildirilir ki, zorakılqlar nəticəsində ölkənin hər yerində yüzlərlə insan həlak olmuş, minlərlə insan yaralanmışdır. BMT-nin insan hüquqları üzrə rəsmiləri Yəməndə insan hüquqlarının pozulmasına dair beynəlxalq təhiqiqata çağırır. Yəməndə prezident Əli Abdulla Salehin hakimiyyətdən getməsi çağırışları ilə keçirilən nümayişlər nəticəsində aylardır siyasi gərginlik davam edir.

XS
SM
MD
LG