Accessibility links

BMT-nin bildirdiyinə görə, döyüşlər səbəbindən ara verilən humanitar yardım Yəmənə cümə günü gecə saatlarından yenidən başlayacaq.

BMT yardımın davam etməsinə səbəb Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumlarına və ölkədə Huti yarı-hərbi qüvvələri ilə döyüşlərə ara verilməsi olub ki, bu da ölkədə milyonlarla yəmənliyə yardım çatdırılmasına imkan yaradır.

"Yardım ehtiyac içərisində olan yəmənlilərə heç bir maneə olmadan və təcili olaraq çatdırılmalıdır. Əsasən dərman, vaksin, ərzaq və sudan ibarət yardım dəniz və hava yolları da daxil edilməklə, ölkənin müxtəlif bölgələrindəki humanitar agentliklərinə çatdırılmalıdır" deyə, BMT sözçüsü bildirib.

Sözçü onu da əlavə edib ki, qeyd-şərtsiz humanitar fasilə Ramazan ayının sonunadək davam edəcək.

XS
SM
MD
LG