Accessibility links

ABŞ Ərəbistan yarımadasında Əl-Qaidəyə qarşı mübarizəsini genişlətdiyi bir vaxt Yəmən rəsmiləri digər üç pilotsuz təyyarə hücumunun 12 şübhəlinin ölümünə səbəb olduğunu deyib.

Təhlükəsizlik rəsmiləri hücumların Hadramut və Marib vilayətlərində Əl-Qaidə yaraqlıları olan avtomobili hədəf aldığını bildirib. Ötən iki həftə ərzində Yəməndə terrorçuluqda şübhəli bilinən azı 30 nəfər ABŞ pilotsuz təyyarələrinin hücumu nətincəsində öldürülüb.

Yəmən rəsmiləri Əl-Qaidənin liman şəhərini və Qərbin neft terminalını ələ keçirmək planının üstünü açıb. Yəmən rəsmiləri paytaxt Sanaa və digər şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

ABŞ və Britaniya diplomatlarını ölkədən evakuasiya edib. Yaxın Şərq və Afrikada ABŞ-ın 18 diplomatik missiyası ən azından şənbə gününədək bağlı qalacaq.

Bu arada Səudiyyə Ərəbistanında rəsmilər Qərb səfirliklərinə hücumda şübhəli bilinən iki nəfəri həbs edib. SPA dövlət xəbər agentliyi Cad və Yəməndən olan bu şəxslərin Əl-Qaidənin Yəmən filialı ilə sui-qəst əməliyyatını müzakirə etmək üçün əlaqə yaratdıqlarını deyib.
XS
SM
MD
LG