Accessibility links

Dövlət Departamentinin bildirdiyinə görə, son zamanlar Yəməndə diplomatlara hücumlar artdığına görə Birləşmiş Ştatlar bu ölkədəki səfirliyini müvəqqəti bağlayır. Eyni zamanda ABŞ-ın paytaxt Sənadakı səfriliyinə heç bir hücum olmadığı və səfirlikdəki amerikalı işçilərdən heç birinin evakuasiya edilmədiyi deyilir.

Britaniya səfirliyi də daxil edilməklə, digər ölkələrin səfirliklərinin də eyni addımı atacağı gözlənilir. Səfirliklər Yəmən hökumətinin ölkənin cənub bölgəsində İslamçılara qarşı 10 günlük hərbi əməliyyatların başa çatdığını bəyan etməsindən sonra müvəqqəti bağlanmağa qərar veriblər.

Böyük qüdrətlər artıq bir müddətdir ki, Yəmən hökumətini islamçılara qarşı sərt ölçülər götürməyə çağırırlar. Onlar baş verənləri qonşuluqda yerləşən iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanına təhlükə kimi qiymətləndirirlər.

Terror şəbəkəsinin ən aktiv qanadı sayılan "Ərəbistan Yarımadasında Əl-Qaidə" təşkilatının Yəməndə qərargahlandığı güman edilir.
XS
SM
MD
LG