Accessibility links

Yəmənin sürgündə olan vitse-prezidenti Ədənə qayıdıb


Yəmənin vitse-prezidenti Xalid Bahah ədən hava limanında müxbirlərin suallarını cavablandırır

Yəmənin vitse-prezidenti Xalid Bahah ədən hava limanında müxbirlərin suallarını cavablandırır

Yəmənin vitse-prezidenti Xalid Bahah mühacirətdə olan hökumətin ölkənin hərbi qüvvələrinin İranın dəstəklədiyi Huti şiə üsyançıları geriyə çəkilməyə məcbur etməsindən sonra Yəmənə qayıdan ən yüksək səviyyəli rəsmidir.

Yəmənin bir rəsmisinin Assoşieyted Press agentliyinə bildirdiyinə görə, Xalid Bahah Ədəndə yeddi kabinet nazirinin iştirakı ilə iclas keçirməlidir.

Vitse-prezident Ədənə mart ayında Huti qüvvələrinin irəlilədiyi vaxt prezident Əbd Rabbu Mənsur Hadinin ölkəni tərk etməsindən sonra Yəmən hökumətinin qərargahlaşdığı Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyaddan gəlib.

Xalid Bahah eyni zamanda, Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətinin baş naziridir.

Vitse-prezidentin ardınca Yəmən hökumətinin bir sıra rəsmisi də ölkəyə qayıdıb. Onların əsas vəzifəsi aylardır münaqişədən sonra paytaxtda normal həyat və ictimai xidmətlərin bərpasından ibarətdir.

Huti üsyançıları və Hadi tərəfdarı qüvvələr arasında döyüşlərin getdiyi Yəmənə Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya hava hücumları yardım edib.

XS
SM
MD
LG