Accessibility links

Əl-Qaidənin bildirdiyinə görə, qrupun Yəməndəki lideri və sədr müavini Nasir Əl-Vuhayşi keçən həftə Birləşmiş Ştatların pilotsuz təyyarəsinin həyata keçirdiyi hücum zamanı öldürülüb.

Əl-Qaidənin yayımladığı videoda Vuhaysi və digər iki nəfərin keçən həftənin cümə günü ölkənin cənub-şərqindəki liman şəhəri Mukallada həyata keçirilən dron hücumu zamanı öldürüldüyü deyilir. Ərəbistan Yarımadasında Əl-Qaidə adı ilə tanınan qrupa Qasim Əl-Rimi adlı yeni lider təyin edilib.

Nasir Əl-Vuhayşi Əl-Qaidə lideri Ayman Əl-Zəvahirinin müavini, bir zamanlar terrorçü təşkilatın sabiq lideri Üsəma Ben-Ladenin köməkçisi olub. O, Ərəbistan Yarımadasında Əl-Qaidə qrupuna 2009-cu ildə lider təyin edilmişdi.

XS
SM
MD
LG