Accessibility links


Birləşmiş Ştatların terror təhlükəsi ilə əlaqədar xəbərdarlığı və Yəmən rəsmilərinin əks-terror əməliyyatları ilə bağlı hücumların davam etdirildiyi vaxt Yəmənin mərkəzi bölgəsində ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hücumu nəticəsində Əl-Qaidənin altı döyşüçüsünün qətlə yetirildiyi bidirilir.

Rəsmilər Marib vilayətində keçirilən hücum zamanı avtomobilin hədəf alındığını bildirib.

Bu, son iki həftə ərzində Yəməndə pilotsuz idarə edilən təyyarələrin keçirdiyi altıncı hücumdur. ABŞ son illər Əl-Qaidə üzvlərini hədəf almaq məqsədilə pilotsuz idarə edilən təyyarə hücumları həyata keçirir.

Yəmən rəsmiləri çərşənbə günü Əl-Qaidənin ölkənin cənubunda iki şəhər və onların ətrafında strateji neft və qaz yataqlarını ələ keçirmək cəhdinin üstünü açdığını bildirib.

Birləşmiş Ştatlar Yaxın Şərq və Afrikada keçən həftə mümkün hücum təhlükəsilə əlaqədar diplomatik missiyalarını bağlayıb. Bu həftə ABŞ Dövlət Departamenti Yəməndə qeyri-əsas işçilərin çıxarılaraq, müvəqqəti olaraq Birləşmiş Ştatların Almaniyanın Frankfurt şəhərində yerləşdirilməsi haqda göstəriş verib.

ABŞ Hərbi Dəniz Qüvvələri qarşısında çıxış edən prezident Barak Obama deyib ki, ölkə təhlükəni ciddi qəbul edir, lakin geri çəkilmək niyyətində deyil.
XS
SM
MD
LG