Accessibility links

Yəmənin bş naziri hökumət qüvvələri və şiə müxalifətin paytaxt Sənada bir həftə davam edən silahlı toqquşmaların sonra sülhə dair razılaşma imzalamağa hazırlaşdığı vaxt istefa verib.

Məhəmməd Basindava şiə üsyançıların Sənada heç bir müqavimət olmadan bir neçə hökumət binasını ələ keçirdiyi haqda xəbərlərin verildiyi vaxt istefaya gedir.

Prezident Əbd Rabbu Mənsur Hadiyə göndərdiyi istefa məktubunda baş nazir milli birlik hökumətinin yaradılmasına yol açılması üçün istefa verdiyini bildirib.

Yəmənin daxili işlər nazirliyi öz vebsaytında yeləşdirdiyi bəyanatda ölkənin təhlükəsizlik qüvvələrini üsyançılarla döyüşlərdən çəkinməyə çağırıb.

Keçən həftə paytaxt Sənada döyüşlərin artması müşahidə edilirdi. Lakin BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Camal Benomar tərəflərin koalisiya hökumətinin yaradılmasına razı olduğunu bildirib.

XS
SM
MD
LG