Accessibility links

Yüzlərlə yəmənli keçən həftə paytaxt Sənanı ələ keçirən Huti şiə üsyançılarının şəhərdən çıxması tələbilə nümayiş keçirib.

Şahidlərin bildirdiyinə görə etirazçılar Huti üsyançılarının qarşısını almadığına görə prezident Abd Rabbo Mansur əleyhinə şüarlar bağırıb. Nümayişçilərin birinin əlində “paytaxtı silahlı militanatlardan azad etmək” plakatı tutduğu deyilir.

Üsyançılar yaşadıqları 540 kilometr məsafədə yerləşən dağlıq bölgələrdən paytaxt Sənaya gəlib şəhərin küçələrinə və yoxlama məntəqələrinin nəzarətini ələ alıblar. Huti üsyançılar BMT-nin vasitəçiliyi ilə onların da hökumətdə təmsil olunmasına dair bir həftə bundan əvvəl əldə edilmiş razılığa baxmayaraq, Sənanı tərk etməkdən imtina edir.

Huti üsyançılar nümayişi dayandırmağa cəhd göstərməyib.

XS
SM
MD
LG