Accessibility links

Yəməndə girov götürülmüş amerikalı fotojurnalist öldürülüb


Yəməndə ABŞ-ın başçılığı ilə xilasetmə əməliyyatı zamanı girov götürülmüş amerikalı fotojurnalist və cənubi afrikalı müəllim terrorçular tərəfindən öldürülüb.

ABŞ-ın Müdafiə naziri Çak Heygel bildirib ki, fotojurnalist Lük Somers və müəllim Pyer Korki ABŞ və Yəmən silahlı qüvvələrinin birgə keçirdiyi xilasetmə əməliyyatı zamanı girov götürüldükləri Ərəbistan Yarımadasında Əl-Qaidə qrupu tərəfindən qətlə yetirilib. Onlar bir ildən artıqdır girov saxlanırdı.

Çak Heygel girovların azad edilməsinə cəhd zamanı bir neçə terrorçunun da öldürüldüyünü bildirib. Müdafiə nazirinin bildirdiyinə görə, əməliyyat Somersin həyatına təhlükə olduğu üçün keçirilib.

Prezident Obama Somersin Əl-Qaidə terrorçuları tərəfindən vəhşicəsinə öldürülməsini pisləyib. ABŞ prezidenti Somers və onunla eyni yerdə olan bütün başqa girovların xilas edilməsi üçün əməliyyatın keçirilməsinə səlahiyyət verdiyini deyib.

ABŞ Dövlət katibi Con Kerri əməliyyat zamanı girovların öldürülməsinin Ərəbistan Yarımadasında Əl-Qaidə qrupunun terrorçularının qəddarlığını bir daha xatırladığını bildirib.

Yəmən rəsmiləri ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin ölkənin cənubunda Şabva vilayətində keçirdiyi hücum zamanı Əl-Qaidənin doqquz yaraqlıısının qətlə yetirildiyini bildirib.

Bu hücumun Somersin xilasetmə əməliyyatının bir hissəsi olub-olmadığı aydın deyil.

ABŞ rəsmiləri bu yaxınlarda Somersin hədəf alındığı yerdə olmadığı üçün onun xilasetmə əməliyyatının baş tutmadığını təsdiq ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG