Accessibility links

Bu gündən gecə saatlarından etibarən Yəməndə yeni atəşkəs qüvvəyə minib.

Yəmən hökuməti, onu dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya və 2014-cü ilin sonu Yəmənin paytaxtına nəzarəti ələ alan Huti üsyançıları atəşkəsə dair razılığa riayyət edəcəklərini vəd edib.

Razılıq aprelin 18-i Küveytdə keçirilməsi nəzərdə tutulmuş sülh danışıqlarının uğurla başa çatmasına xidmət edir. Yəməndə bundan əvvəl bir neçə atəşkəs razılığı əhəmiyyətsiz olub. Mülki vətəndaşlar bu dəfəki atəşkəsin davamlı olacağına ümid edir.

Huti üsyançılarının 2014-cü ildə Səna şəhərini ələ keçirməsi beynəlxalq səviyyədə tanınmış prezident Əbdü Rabu Mənsur Hadinin Ədənə qayıtmazdan əvvəl sürgün edilməsinə, Səudiyyə Ərəbistanına qaçmasına səbəb olmuşdur.

Səudiyyə Ərəbistanının müttəfiqləri ötən il Huti üsyançılarına qarşı hava hücumları həyata keçirib və əraziyə quru qoşunlar yeridib.

Bu hücumlar 6000 insanın ölümünə və ölkədə humanitar böhrana səbəb olub.

XS
SM
MD
LG