Accessibility links

Yəməndə döyüşən tərəflərinin nümayəndələri BMT-nin Küveytdə təşkil etdiyi yeni sülh danışıqlarına bazar ertəsi başlamalı idi. Amma üsyançıların nümayəndə heyəti görüşə gəlmədiyinə görə görüş müvəqqəti təxirə salınıb.

Yəmən hökumət rəsmiləri Huti üsyançılarını 18 ay davam edən və 6000-dən çox insanın ölümünə və humanitar böhrana səbəb olan münaqişəyə son qoymaq məqsədi ilə keçirilən beynəlxalq səviyyəli görüşü yubandırmaqda təqsirləndirir.

Siyasi təhlilçi Məhəmməd Şamsan “danışıqlar baş tutmadığı təqdirdə nəticələr dəhşətli olacaq. Müharibə və dağıntılar davam edəcək. Digər sülh danışıqlarının həyata keçirilməsi çox çətin olacaq. Bu fürsət əldən çıxarsa, Yəmənin gələcəyini təsəvvür etmək çətin olacaq.” – deyə bildirib.

Huti Yəmənin paytaxtı Səna şəhərini 2014-cü ilin sentyabrında ələ keçirib və ötən ilin martında ölkənin cənub regionlarına hücumlar təşkil edib. Nəticədə ölkənin prezidenti Əbdü Rabbu Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçmağa vadar olub.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı Hadi hökumətini müdafiə etmək məqsədi ilə Hutilərə qarşı hava hücumları həyata keçirib.

Ötən il BMT iki raund sülh danışıqlarına sponsorluq edib.

XS
SM
MD
LG