Accessibility links

Yəməndə intiharçı hücumu törədilib


Yəməndə intiharçı avtomobilinə yerləşdirdiyi bombanı Adenin təhlükəsizlik rəhbərinin evinin önündə partladaraq azı iki nəfərin ölümünə səbəb olub.

Təhlükəsizlik işçiləri avtomobil partlayandan bir qədər əvvəl hücumçuya atəş açıb.

Polis rəisi Nabil Sukkara deyib ki, polis itinin avtomobildə bomba olmasını əvvəlcədən müəyyən etməsi itkilərin çox olmasının qarşısını alıb.

Terror hücumu müəyyən olunmazdan əvvəl həmin avtomobil bir neçə yoxlama məntəqəsindən keçə bilib. Təhlükəsizlik qrupunun rəhbəri Şallal Şayei hadisə zamanı xəsarət almayıb. Bu, dekabr ayından bəri onun yaşadığı yerə üçüncü hücumdur.

Yəmən şiə Huti üsyançıları ilə Yəmən hökuməti arasında münaqişə mərkəzinə çevrilib.

Xaosdan istifadə edən İŞİD və Əl-Qaidə yaraqlıları zorakılıqlar həyata keçirir.

XS
SM
MD
LG