Accessibility links

Minlərlə yəmənli paytaxtda yeni etiraz aksiyaları keçiriblər


Minlərlə yəmənli paytaxtda yeni etiraz aksiyaları keçiriblər
Minlərlə yəmənli paytaxtda yeni etiraz aksiyaları keçiriblər

Prezident mülki işçilərin və hərbçilərin məvaciblərini artırılmasını təklif edib

Minlərlə yəmənli prezident Abdulla Salehin on illər boyu davam edən hakimiyyəti əleyhinə ölkə paytaxtında yeni etiraz aksiyaları keçirib. Nümayişçilər bu gün Səna universiteti daxil olmaqla şəhərin bir neçə yerində hökumətdə dəyişikliklər tələbi ilə nümayiş keçiriblər. Cənab Saleh 30 ildən çoxdur ki, hakimiyyətdədir. O, 2007-ci ildə seçkilərində yenidən qalib gəlib və 2013-cü ildə prezidentlik müddəti bitəndən sonra hakimiyyəti əlində saxlamaq məqsədi ilə konstitusiyaya düzəlişlər etmək təklifi ilə çıxış edib. Bu həftənin əvvəlində hökümət əleyhinə keçirilən nümayişlərdən sonra prezident mülki işçilərin və hərbçilərin maaşlarının artırılmasını təklif edib. Ölkənin 23 milyon əhalisinin yarısından çoxunun gəliri gündə iki dollar və ya daha azdır.

XS
SM
MD
LG