Accessibility links

Yəməndə Huti liderin yaraqlılarla döyüşən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın günlük humanitar atəşkəs çağırışını rədd etməsi ilə ölkənin ən böyük hərbi hava bazası uğrunda yeni döyüşlər baş qaldırıb.

Huti komandiri Abdel-Malek Əl Hutinin sözlərinə görə, atəşkəs yalnız İŞİD və Əl-Qaidə yaraqlılarına sərf edəcək.

"Döyüşlər davam edir və müharibə hələ başa çatmayıb" deyə Əl-Hutiyə istinadən qrupun Twitter hesabında bildirilir.

Huti qüvvələri Taiz şəhərində pənah tapmış məcburi köçkünlərə ayrılmış və Dünya Ərzaq Proqramına məxsus humanitar yardımla dolu 16 yük maşınını ələ keçirib.

İranla müttəfiq Huti yaraqlıları və Səudiyyənin başçılıq etdiyi qüvvələr Yəmənin əsas liman şəhəri olan Ədəndəki hərbi hava bazası uğrunda döyüşür. Son 4 ayda baza Huti hərəkatının əlində olub.

Döyüşlər nəticəsində 3500-dən çox insan həlak olub və Yəmən prezidenti Əbdu Rabu Mansur Hadi Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub.

XS
SM
MD
LG