Accessibility links

Yəmənin paytaxtında müxalifət və hökumət tərəfdarlarının təşkil etdikləri nümayişlər dinc başa çatıb


Yəmənin paytaxtında müxalifət və hökumət tərəfdarlarının təşkil etdikləri nümayişlər dinc başa çatıb
Yəmənin paytaxtında müxalifət və hökumət tərəfdarlarının təşkil etdikləri nümayişlər dinc başa çatıb

Nümayişlər prezidentin hakimiyyəti 2013-cü ildə tərk etməyə söz verməsindən sonraya təsadüf edir. Ölkə başcısı nümayişlərə son qoyulmasına çağırıb.

On minlərlə hökumət tərəfdarları və əleyhdarları Yəmən paytaxtı Sənanın bir neçə bölgəsində nümayiş keçiriblər. Xəbər agentlikləri nümayişlərin zorakılıq hərəkətləri baş vermədən dinc şəkildə sona çatdığını bildirirlər. Bu nümayişlər prezidentin hakimiyyəti 2013-cü ildə tərk etməyə söz verməsindən sonraya təsadüf edir.

Müxalifət tərəfdarları bu günü "qəzəb günü" elan ediblər və keçirdikləri nümayişdə ölkə başçısını istefaya çağırıblar. Prezident Əli Abdullah Salehin əleyhdarları Səna Universitetində nümayiş keçiriblər. Bu günki nümayiş, yanvar ayının ortalarından indiyədək cənab Salehə qarşı təşkil edilən ən iri miqyaslı nümayiş olub. Həftələrlə davam edən nümayişlərin ən izdihamlısının təşkilatçıları Tunis və Misirdəki nümayişlərdən ilham aldıqlarını deyib.

Cənab Salehin tərəfdarları hökumət əleyhinə nümayişçilərin ölkədə stabilliyi pozduqlarını deyərək Səna şəhərinin mərkəzində əllərində bayraqlarla nümayiş keçirib. 32 il Yəmənə rəhbərlik etmiş Saleh nümayişlərə artıq son qoyulmasına çağırıb.

Yəmənin Ədən şəhərindən şahid ifadələrinə əsasən verilən xəbərlərdə isə zorakılıqların baş verdiyi, polisin hökumət əleyhinə nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə etdiyi və nəticədə iki adamın yaralandığını bildirilib.

XS
SM
MD
LG