Accessibility links

ABŞ Konqresindəki respublikaçıların güclü müxalif mövqeyinə baxmayaraq Obama administrasiyası mübahisəli Quantanamo təcridxanası bağlamağa çalışdığı bir vaxt təcridxanada saxlanan Yəmən əsilli 9 nəfər Səudiyyə Ərəbistanına köçürülüb.

Yayılan videoda ABŞ-ın terrorla mübarizəsi səyləri çərçivəsində həbs edilmiş bu məhbusların dünən axşam Səudiyyə Ərəbistanının paytaxtı Riyada çatdığı, orada tibbi müayinədən keçdiyi göstərilir. Bəzi məhbustan onları qəbul etdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirib.

"Biz onlara ümid, gələcək vəd edən bir proqram həyata keçirməyə çalışacağıq" - deyə Yəmənin insan haqları naziri Əzzəldin Əl-Əbahi bildirib.

Transfer barədə məlumatı dünən Pentaqon elan etmişdi. Bu, Obamanın 2017-ci ildə prezidentlik ofisini tərk edənədək təcridxananı bağlamağa çalışacağı ilə bağlı sözlərini xatırlatmasından bir neçə həftə sonraya təsadüf edir. Xatırladaq ki, Obama bir neçə gün sonra Körfəz Əməkdaşlıq Şurasının 6 günlük sammitində iştirak etmək üçün Səudiyyə paytaxtına getməyi planlaşdırır.

XS
SM
MD
LG