Accessibility links

Yeni 100 dollarlıq əskinasların buraxılışı dayandırılıb

  • Amerikanın səsi

Yeni 100 dollarlıq əskinasların buraxılışı dayandırılıb

Yeni 100 dollarlıq əskinasların buraxılışı dayandırılıb

1.1 milyard yeni əskinasların çapı zamanı kağızın ara-sıra əzilməsi müşahidə edilib

ABŞ hökuməti çap prosesindəki problemlərə görə bir milyarddan artıq yeni 100 dollarlıq əskinasların buraxılışını dayandırıb. Federal Ehdiyatlar Fondu əskinasların gələn ilin əvvəlində buraxılışını nəzərdə tuturdu. Bunun məqsədi Amerikanın kağız pullarının müxtəlif denominasiyasının buraxılışı ilə saxta pulların dövriyyəsinə yol verilməməsidir. 1.1 milyard yeni əskinasların çapı zamanı kağızın ara-sıra əzilməsi müşahidə edilib. Bu isə pulların keyfiyyət nəzarətindən keçməməsinə səbəb olub. 100 dollarlıq əskinasların biri 12 sentə başa gəlir ki, bu da pul çapı üçün baha hesab edilir.

XS
SM
MD
LG