Accessibility links

Yeni araşdırma Afrikada QİÇS xəstələri üçün anti-biotiklərin mühümlüyünü aşkar edib

  • Asgar Asgarov

Yeni araşdırma Afrikada QİÇS xəstələri üçün anti-biotiklərin mühümlüyünü aşkar edib

Yeni araşdırma Afrikada QİÇS xəstələri üçün anti-biotiklərin mühümlüyünü aşkar edib

Afrikalı HİV-QİÇS xəstələri üzərində aparılan araşdırmalar göstərir ki, onlara xəstəliyin erkən mərhələlərində ucuz anti-biotiklər verildikdə ölüm riski kəskin azalır.

Afrikalı HİV-QİÇS xəstələri üzərində aparılan araşdırmalar göstərir ki, onlara xəstəliyin erkən mərhələlərində ucuz anti-biotiklər verildikdə ölüm riski kəskin azalır. Tədqiqatda deyilir ki, anti-retroviral dərmanlarla yanaşı ko-trimoksazol dərmanını qəbul edən xəstələrin ilkin üç ayda vəfat etmə şansı 59 faiz azdır. Tapıntılar Lanset adlı tibbi jurnalda dərc edilib. Alimlər Uqanda və Zimbabvedə 3, 179 HİV xəstəsindən topladıqları məlumatlar əsasında araşdırma aparıblar. Müəlliflər sırasında Londonun İmperial Kolleci və Tibbi Araşdırma Şurasının Klinik Eksperimentlər Şöbəsi və hər iki Afrika dövlətinin tibbi mərkəzləri də var. Alimlərin sözlərinə görə nəticələr tövsiyə edir ki, Afrikada HİV-ə yoluxmuş bütün xəstələrə ilk 3 ay ərzində anti-biotik verilməlidir. Dünya Səhiyyə Təşkilatı bu yanaşmanı dəstəkləyir.

XS
SM
MD
LG