Accessibility links

Yeni baş nazir: Yunanıstan yol ayrıcındadır

  • Amerikanın səsi

Yeni baş nazir: Yunanıstan yol ayrıcındadır

Yeni baş nazir: Yunanıstan yol ayrıcındadır

Yunanıstanın yeni müvəqqəti baş naziri Lukas Papademos deyir ki, onun ölkəsi yol ayrıcındadır və yunan iqtisadiyyatının üzləşdiyi nəhəng problemləri həll etmək asan olmayacaq.

“Mən Respublika prezidentinin mandatını üç siyasi liderin təklifi əsasında qəbul etmişəm. İnanıram ki, geniş siyasi koalisiyanın səyləri Yunanıstan iqtisadiyyatını böhrandan çıxarmağa nail olacaq,” deyə cənab Papademos bildirib.

İstefa vermiş baş nazir Georq Papandreu cənab Papademosa beynəlxalq kreditorların tələb etidiyi sərt maliyyə islahatları həyata keçirməyi həvalə edib.

ABŞ-da təhsil almış iqtisadçı heç zaman siyasi vəzifə tutmayıb və bitərəf fiqur kimi dəyərləndirilir. Analitiklər onun Avropa paytaxtlarında geniş təmaslarının olduğunu deyirlər.

XS
SM
MD
LG