Accessibility links

Yeni Ceyms Vebb Teleskopu [Video]


Yeni Ceyms Vebb Teleskopu
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Yeni Ceyms Vebb Teleskopu

NASA-nın gələn ilin sonu fəzaya göndərməyə hazırlaşdığı dünyanın ən qabaqcıl kosmos teleskopu daha bir vacib sınaqdan keçəcək. Bu dəfə sınaq kosmik temperaturlar yarada bilən bir otağın içində keçiriləcək. Ekstremal dərəcədə soyuq havada işləmək bu teleskopa zamanda geri gedib bir neçə milyard il bundan öncə ilk planetlərin necə formalaşdığını müşahidə etməyə yardım edəcək.

Ceyms Vebb Teleskopu
Ceyms Vebb Teleskopu

2018-ci ilin oktaybr ayında fəzaya göndəriləndən iki həftə sonra Ceyms Vebb Teleskopu Yer kürəsindən 1,5 milyon kilometrlik məsafədəki İkinci Laqranj Nöqtəsində yerləşəcək. Həmin nöqtədə günəş ilə Yer kürəsinin cazibə qüvvələri bir-birini ləğv edir.

Müqayisə üçün, Beynəlxalq Kosmik Stansiya planetimizdən yalnız 400 kilometr uzaqlıqdadır.

Günəşdən yaxşı qoruna bilən teleskopun 16 ədəd cilalanmış qızıl suyuna çəkilmiş berillium güzgüləri milyardlarla il bundan əvvəl baş verən hadisələrin çox zəif, aydın olmayan infraqırmızı parıltılarını qeydə alacaq.

Erik Smit: “Biz Böyük partlayışdan sonra yaranan ilk ulduz və qalaksikalara nəzər sala biləcəyik, yəni sözün əsl mənasında kainatın yaranmasının şahidi olacağıq. Teleskop infraqırmızı olduğu üçün, biz işığı blok edən toz buludlarını görə və bu toz buludlarının içində ulduz və planetlərinin yaranmasını görə biləcəyik”.

Teleskopu fəzaya göndərmədən öncə alimlər göyə qalxan zaman teleskopun içindəkilərinin davamlılıq göstərəcəyindən və ekstremal dərəcədə soyuq havada termik baxımdan stabil qalacağından əmin olmaq istəyirlər, çünki güzgülərdən hər hansı birinin cüzi deformasiyası belə şəkillərin fokusunu azalda bilər.

Biz Böyük partlayışdan sonra yaranan ilk ulduz və qalaksikalara nəzər sala biləcəyik, yəni sözün əsl mənasında kainatın yaranmasının şahidi olacağıq.
Erik Smit

Bu yaxınlarda TRAPPIST-1 adlı cırtdan ulduzda yeddi planetin kəşfi ilə bu yeni teleskopun əhəmiyyəti daha da artdı. Bu planetlərdən bəziləri həyat üçün yararlı zonada yerləşir.

“Biz Vebbdən bu planetlərin atmosferlərini tədqiq etmək və həmin atmosferlərin kimyəvi tərkiblərini araşdırmaq üçün istifadə edəcəyik. Məsələn orda su və ya ozonun olub-olmadığını araşdıracağıq. Bir sözlə desək, bu teleskop ilk olaraq bu atmosferləri tədqiq edib, həmin planetlərin həyat üçün yararlı olub-olmadığını müəyyən edəcək”, Erik Smit deyir.

Avropa Fəza Agentliyinin Ariane 5 raketinin üstündəki dar karqo yerinə yerləşmək üçün qatlanmış yeni teleskop 18 ay sonra Fransa Qvianasında yerləşən Kourou Kosmos Mərkəzindən səmaya göndəriləcək.

XS
SM
MD
LG