Accessibility links

Yeni Hollivud Filmləri: “Albert Nobbs” (video)


Yeni Hollivud Filmləri: “Albert Nobbs” (video)
Yeni Hollivud Filmləri: “Albert Nobbs” (video)

Morrison mehmanxanasının mətbəxində adi səhərdir. Arıq, al yanaqlı Albert Nobbs 20 ildir burada çalışır. Amma bu qısaboy kişinin sirri var. O, əslində qadındır. İqtisadiyyatı zəif İrlandiyanın bu kiçik şəhərində iş tapmaq üçün o özünü kişi kimi qələmə verir.

Qlen Klos deyir ki, bu rolu yaratmaq çox çətindir. Eyni zamanda, o, ssenarinin çox təsirli olduğunu deyir .

Mia Wasikowska, left, and Glenn Close in "Albert Nobbs"
Mia Wasikowska, left, and Glenn Close in "Albert Nobbs"

Albert Nobbs kimi kişi maskası taxmaq özünü qorumaq taktikasıdır. Ona görə ki, onun nə pulu, nə adı, nə də işi var idi və o daim təhqirə olunmaqdan cana gəlmişdi. Dərin mənəvi iztirablardan sonra o heç kəsin gözünə görünməmək qərarına gəlir. Albertin sənəti ona bu imkanı verir. Onunla oxşar bir vəziyyətdə olan bir qadınla tanışlıq Albertin həyatını dəyişir.

“Albert Nobbs”filminin rejissoru Rodriqo Qarsiyadır. Yazıçı Qabriyel Qarsiya Markesin oğlu olan kolumbiyalı rejissor filmin müasir dövrə uyğun gəldiyini deyir. “Bəzən vəziyyətdən çıxmaq üçün cəmiyyətin qəbul etdiyi yolla getməli oluruq”-deyə Rodriqo bildirib.

Filmin rəsmi səhifəsini burada izləyin:

XS
SM
MD
LG