Accessibility links

Yeni Hollivud Filmləri: `Battleship`(video)


Yeni Hollivud Filmləri: `Battleship`(video)
Yeni Hollivud Filmləri: `Battleship`(video)

Havay adalarında, Perl Harborda beynəlxalq hərbi dəniz donanma gəmisi Regentlər adlı başqa planetdən gəlmələrlə gərgin döyüş aparır. Regentlər okeanda enerji mənbəyi yaratmaq missiyası ilə Yer kürəsinə gəliblər.

Yeni Hollivud Filmləri: `Battleship`(video)
Yeni Hollivud Filmləri: `Battleship`(video)

Lakin onlar hərbi dəniz donanması ilə qarşılaşır. Filmi maraqlı edən faktorlardan biri hər iki tərəfin, yəni gəlmələrlə insanların perspektivindən çəkilməsidir. Beləliklə tamaşaçı rəqib gəmilərin hansı tərəfdə olmasını müəyyən edir. `Battleship` filminin çəkilişinə 200 milyon dollar vəsait ayrılıb.Cəkilişlər Havay adaları, Kaliforniya ştatının Şerman Oaks və Luiziyana ştatının Baton Ruc şəhərlərində gedir. Filmin rejissoru Piter Berqdir. Baş rollarda `X-Men Origins` filmindən Teylor Kitç,`True Blood`filmindən Aleksandr Skarsqardı, `Just Go With It`filmindən tanıdığımız Bruklin Dekeri və `Schindler`s List` filmindən Liam Nison çəkiliblər.

XS
SM
MD
LG