Accessibility links

Yeni Hollivud Filmləri: `Contagion` (video)

  • Amerikanın səsi

Yeni Hollivud Filmləri: `Contagion` (video)

Yeni Hollivud Filmləri: `Contagion` (video)

Beynəlxalq səfərə çıxan şəxs hava limanında kredit kartını xadiməyə verməzdən əvvəl qəlyanaltılarla dolu qaba əlini uzadır. İşgüzar görüş əl sıxma ilə başlayır. Bir nəfər sərnişinlə dolu aftobusda öskürür. Bir təmas. Bir an və ölümcül virus ötürülür.

Bet Emhof Honq Konqdan Minneapolisə qayıdanda uçuş yorğunluğu hesab etdiyi narahatlıq onun zəhərlənməsi ilə davam edir. İki gün sonra o, təcili yardım şöbəsində keçinir və həkimlər onun əsəb sarsıntısı keçirən ərinə Betin nədən öldüyünü bilmədiklərini deyir.

Az sonra başqalarında da eyni mistik simptomlar müşahidə edilir. Özündən getmə, sonra beyində qanaxma və nəhayət gözlənilməz ölümlə nəticələnən kəskin öskürək və qızdırma simptomları. Minnneapolis, Çikaqo, London, Paris, Tokyo və Honq Konqda simptomların müşahidə olunduğu- adamların sayı az vaxtda artır.

`Contagion` filminin rejissoru Stiven Soderberqdir. Baş rollarda Laurens Fişburn, Cudi Lav, Matt Deymon, Marion Kotillard, Qvinet Paltrou və Keyt Vinslet çəkiliblər.

XS
SM
MD
LG